“Vuçiçin təyyarəsinin Moskvaya getməsinə icazə verilmədi” – KİV


Latviya və Litvanın hakimiyyət orqanları Serbiya Prezidenti Aleksandr Vuçiçin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunması ilə əlaqədar səfər etməyi planlaşdırdığı Rusiyaya gedərkən onun təyyarəsinin öz hava məkanı vasitəsilə uçuşunu qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Serbiya KİV məlumat yayıb. 
Bildirilib ki, Latviya hakimiyyəti uçuşun məqsədinin siyasi həssaslığı səbəbindən təyyarənin uçuşunu qadağan edib.
KİV iddia edir ki, Litva hakimiyyəti öz növbəsində “texniki və diplomatik həssaslıqlara” görə imtina edib.
Latviya və Litva hakimiyyət orqanlarının nümayəndələri hələlik bu barədə şərh verməyiblər.
Serbiya mətbuatının məlumatına görə, Polşa və Litvanın hakimiyyət orqanları bundan əvvəl mayın 9-da Rusiyaya səfər etməyi planlaşdıran Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsinin öz hava məkanında uçuşunu qadağan edib.
Serbiya Prezidenti Aleksandar Vuçiç və Slovakiyanın Baş naziri Robert Fitso, Kremlin məlumatına görə, mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyi planlaşdıran 30-a yaxın xarici lider arasındadır.

DİGƏR XƏBƏRLƏR

Top