
Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.
Tətbiqimizi yükləyə bilərsiniz