Qələbə Paradında neçə xarici ölkə lideri iştirak edəcək?

9 mayda qırmızı meydanda kimlər olacaq? – zelenskinin dedikləri müzakirə olunur
“Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Qələbə Paradında 29 xarici ölkə lideri iştirak edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Biz çoxsaylı xarici qonaqlar dəvət etmişik. Və gözləyirik ki, Qələbə Paradında dəvət etdiyimiz ölkələrdən 29 lider iştirak edəcək”, - Uşakov deyib.
Kreml təmsilçisi qeyd edib ki, bunlar Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya və Cənubi Osetiyadır.

DİGƏR XƏBƏRLƏR

Top