
Çeçenistan rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Çeçnya seqodnya” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, jurnalistlərlə söhbəti zamanı Kadırov tezliklə istefa verə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib.
“Mən özüm də vəzifəmdən azad olunmağımı xahiş edirəm. Ümid edirəm ki, xahişim dəstəklənəcək”, - deyə Çeçenistan rəhbəri bildirib.
Lakin o, bu müraciəti konkret olaraq kimə ünvanladığını açıqlamayıb.
Söhbət zamanı Kadırov mümkün varis haqqında da danışıb. O, Çeçenistanın növbəti rəhbərinin öz təşəbbüsünə və öz baxışına malik olacağını bildirib.
Qeyd edək ki, hələ 2024-cü ilin payızında “Telegram” kanallarında Kadırovun səhhətinin pisləşməsi ilə bağlı şayiələr yayılmağa başlayıb. İddialara görə, o, tez-tez xəstəxanaların birində olur və ona tibbi yardım göstərilir.
Çeçenistan rəhbərinin özü isə bu məlumatı təkzib edib. O, tam sağlam olduğunu və bu şayiələrin “Rusiyanın düşmənləri” tərəfindən yayıldığını bildirib.