
Rusiyanın tanınmış oliqarxı, milyarder Oleq Deripaska neft qiymətlərindəki azalma fonunda dolların rubla nisbətdə məzənnəsinin 115-125 rubla qədər yüksələcəyini proqnozlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, iş adamı bu fikirlərini özünün “Telegram” kanalında “Financial Times” nəşrinin məqaləsini şərh edərkən səsləndirib.
Aprel ayından etibarən neftin qiymətində müşahidə olunan ucuzlaşma OPEC+ ölkələrinin hasilatı artırmaq qərarını tezləşdirib. Artıq “Brent” markalı neftin bir barelinin qiyməti 60 dollardan da aşağı enib. Deripaska isə bildirir ki, bu tendensiya davam edərsə, qiymət bir barel üçün 45 dollara qədər düşə bilər.
Qeyd edək ki, Deripaskanın sərvəti 2024-cü ildə 46% artaraq 4,1 milyard dollara çatıb, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. Bununla da o, 2024-cü ildə Rusiyanın ən zəngin 10 milyarderi sırasına daxil olub.
Murad Məmmədov