Tofiq Yaqublu ev dustaqlığına buraxılmadı


Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Yeniavaz.com
 APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsinə hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Tofiq Yaqublu iştirak edib.
Prosesdə vəkillərin Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı verdikləri vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası mayın 20-nə təyin edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tofiq Yaqublu 9 il, onunla birgə ittiham olunan Elnur Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, T. Yaqublu barəsində çıxarılan qərarı ədalətsiz hesab edir və 36 gündür aclıq aksiyası keçirir.

DİGƏR XƏBƏRLƏR

Top