
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda Ermənistana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan XİN-nin mətbuat katibi Ani Badalyan “Armenpress”ə bildirib.
“Yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri planlaşdırılır. Səfər yaxın vaxta planlaşdırılır, biz hələlik konkret tarix açıqlamırıq, səfərə yaxın elan edəcəyik”, - Badayan deyib.