Mahaçqalada polis əməkdaşlarına hücum – Ölənlər var


Dağıstanın Mahaçqala şəhərində atışma olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
“112” Telegram kanalının məlumatına görə, naməlum şəxslər yol polisi əməkdaşlarına hücum edib.
Bildirilir ki, hücum edənlər asayiş keşikçilərinə atəş açıb.
İlkin məlumata görə, Mahaçqalada yol polisi bölməsinə hücum nəticəsində üç polis əməkdaşı həlak olub. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hücum zamanı iki cinayətkar məhv edilib. Digərləri isə yol polisinə məxsus patrul maşını ilə qaçmağa nail olublar.
“Baza” teleqram kanalının məlumatına görə, hadisə yerində ümumilikdə dörd təcavüzkar olub.
Məlumata görə, hücum edənlər hələ saxlanılmayıb və onların şəxsiyyətləri müəyyən edilməyib.
Digər tərəfdən, “Mash” teleqram kanalının məlumatına görə, hadisədə 12 yaşlı qız yaralanıb. Atışma zamanı onun əlinə qəlpə parçası dəyib.
Hazırda atışmanın baş verdiyi ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top