
Rusiyanın ixrac etdiyi “Urals” markalı neftin qiymətində ciddi ucuzlaşma qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, hazırda dünya bazarında “Urals” markalı neftin bir bareli 55 dollara satılır.
Qeyd edək ki, 2025-ci il yanvarın 15-də “Urals” markalı neftin bir bareli 77 dollar olub və həmin tarixdən etibarən qiymət ardıcıl olaraq azalmaqdadır.
Rusiya hökuməti 2025-ci ilin dövlət büdcəsini “Urals” markalı neftin orta qiymətini 70 dollar səviyyəsində nəzərdə tutaraq tərtib edib. Hazırkı qiymət isə bu göstəricidən 15 dollar aşağıdır.
Onu da qeyd edək ki, “Urals” neftinin qiyməti sonuncu dəfə 2023-cü ilin iyun ayında bu səviyyəyə düşüb.
Elnur Əli