
Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti 60 dollardan aşağı düşüb.
Yeniavaz.com xəbər verir ki, hazırda “Brent” neftin 1 barelinin qiyməti 59,8 dollara satılır.
Məlumat üçün bildirək ki, ötən ilin 6 may tarixində “Brent” markalı neftin qiyməti 83,3 dollar olub. Son bir ildə “Brent” markalı neftin 1 barelinin qiyməti 23,5 dollar və ya 28% aşağı düşüb.
Murad Məmmədov