
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə imkanını istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “NBC News” telekanalına müsahibəsində bildirib.
“Mən bunu istisna etmirəm, bunu edəcəyimi demirəm, amma heç bir şeyi istisna etmirəm”, - ABŞ Prezidenti qeyd edib.
O, beynəlxalq təhlükəsizlik baxımından ABŞ-nin Qrenlandiyaya son dərəcə ehtiyacı olduğunu vurğulayıb.
Dövlət başçısı adada yaşayan son dərəcə az sayda insanın qayğısına qalacağını və onları qoruyacağını vəd edib.
Qeyd edək ki, Amerika lideri əvvəllər dəfələrlə Danimarkanın tərkibində muxtar bölgə olan Qrenlandiyanın ABŞ-yə qoşulmalı olduğunu bəyan edib.
Digər tərəfdən, yanvar ayında Qrenlandiyada keçirilən sorğu göstərib ki, ada əhalisinin yalnız 6%-i ABŞ-yə qoşulmağa üstünlük verir.