
28 minədək iştirakçının qeydiyyatdan keçdiyi “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub.
Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.
Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq.