“Qarabağ azad olduğu kimi, “Traktor” da zirvəyə çatdı!”


Xəbər verdiyimiz kimi, Azərbaycan klubları tarixində ilk dəfə İran Pro Liqasının çempionu olan Təbrizin “Traktor” klubunu təbrik ediblər.
Yeniavaz.com
xəbər verir ki, “Traktor” klubunun Ağdam təmsilçisi “Qarabağ”ın təbrikinə verdiyi reaksiya sosial şəbəkələrdə maraqla qarşılanıb.
“Bu gün gülümsəyirik, Qarabağ azad olduğu kimi, “Traktor” da zirvəyə çatdı! “Qarabağ” FK-nın təbriklərinə təşəkkür edirik!” – Təbriz klubunun sosial şəbəkə paylaşımında deyilir.
 

DİGƏR XƏBƏRLƏR

Top