Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı iddiaları təkzib etdi


“İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinə bizim hava məkanımızdan istifadə etməyə icazə verildiyi iddiaları doğru deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib.
Mətbuat katibi qeyd edib ki, bununla bağlı hər hansı bir istək bildirilməyib.
Xatırladaq ki, daha öncə Netanyahunun mayın 7-də Azərbaycana səfəri zamanı Türkiyənin hava məkanından istifadə edəcəyi ilə bağlı iddialar var idi.

DİGƏR XƏBƏRLƏR

Top