
Birləşmiş Millətlər Təşkilatının (BMT) hakimi, 50 yaşlı Lidiya Muqambe məcburi qul əməyi ittihamı ilə həbsxanaya gedəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Nəşrin məlumatına görə, Muqambe Böyük Britaniyada gənc uqandalı qadını aldadaraq qul kimi işlətdiyinə görə 6 il 4 ay həbs cəzasına məhkum edilib.
“Muğambe qadını daimi işdən məhrum edib və onu qulluqçu işləməyə və uşaqlara baxmağa məcbur edib”, - məlumatda deyilib.
Oksford Kral Məhkəməsində Muqambaya hökm çıxaran hakim müttəhimin uğurlarını, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsindəki uğurlarını sadalayaraq, işi çox kədərli adlandırıb.