Şahzadə Harri ailəsi ilə barışmaq istəyir


Şahzadə Harri İngiltərəyə qayıtmaq istədiyini deyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.
Şahzadə övladlarını və həyat yoldaşını Böyük Britaniyaya gətirə bilmədiyinə görə təəssüfləndiyini bildirib:
“Onlar çox şey əldən verirlər. Mən ölkəmi sevirəm və bəzi insanların hərəkətlərinə baxmayaraq, həmişə sevəcəm. Bura üçün darıxıram və övladlarıma vətənimi göstərə bilməyəcəyim üçün kədərlənirəm”.
O əlavə edib ki, Böyük Britaniyaya qayıdıb ailəsi ilə barışmaq istəyir, lakin qohumları onu bağışlaya bilmədiyi üçün bunu seçim kimi görmür:
“Ailə üzvlərimdən bəziləri memuarlarımda yazdıqlarıma və bir çox başqa şeylərə görə məni heç vaxt bağışlamayacaqlar. Amma mən həqiqətən də ailəmlə barışmaq istərdim. Münaqişəni davam etdirməyin mənasını görmürəm. Çünki həyat çox qiymətli hədiyyədir. Atamın nə qədər ömrünün qaldığını bilmirəm, lakin o mənimlə mühafızəçi məsələsinə görə danışmır. Amma bir hissəsini paylaşdığım həqiqət olmadan barışmaq mümkün deyil. Mən buna nail olmaq istərdim. Əgər istəmirlərsə, bu, onların qərarıdır”.
Xatırladaq ki, aprel ayında şahzadə Harri onu milli təhlükəsizlik mühafizəsindən məhrum etmək qərarına etiraz edib. Dinləmə zamanı şahzadənin vəkili bildirib ki, 2020-ci ildə o və yoldaşı Meqan Markl qurum tərəfindən qorunmadığı üçün krallıq vəzifələrindən geri çəkilməyə məcbur hiss ediblər. Etiraz dinlənilməyib.

DİGƏR XƏBƏRLƏR

Top