
Almaniyanın cənubunda, Ştutqartın mərkəzində avtomobil bir qrup insanın üzərinə sürülüb.
Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
“Son məlumatlara görə, 8 nəfər xəsarət alıb, onlardan 3 nəfərin vəziyyəti ağırdır”, - hüquq-mühafizə orqanları bildirib.
Hadisə saat 17:50 radələrində (Bakı vaxtı ilə 19:50 - red.) Şarlottenştrassedə şəhər qatar stansiyası yaxınlığında baş verib. Qara rəngli “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. İlkin məlumata görə, o, xəsarət almayıb və hazırda dindirilir. Bunun qəza olub-olmadığı və ya sürücünün qəsdən hərəkət edib-etmədiyi hələlik məlum deyil.