
Amerikalı müğənni Cıl Sobul Minneapolisdəki evində baş verən yanğında dünyasını dəyişib.
Yeniavaz.com “Variety”ə istinadən xəbər verir ki, bu barədə 66 yaşlı sənətçinin nümayəndəsi məlumat yayıb.
Bildirilib ki, hadisənin təfərrüatları hazırda polis tərəfindən araşdırılır.
Qeyd edək ki, Sobul karyerasına 90-cı illərdə “Atlantic Records” ilə müqavilə imzalayaraq başlayıb. Onun musiqisi sosial dərinliyi ilə seçilirdi, sözləri ölüm cəzası, anoreksiya və LGBTQ+ hüquqlarına toxunub.
Muğənniyə “Supermodel” və “I kissed a girl” hitlərinin daxil olduğu “Jill Sobule” (1995) albomu məşhurluq qazandırıb.