Tramp 8 mayı Qələbə Günü elan etdi


ABŞ Prezidenti Donald Tramp 8 may tarixini İkinci Dünya Müharibəsində Qələbə Günü elan edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“ABŞ-nin bir çox müttəfiqləri və dostları 8 Mayda Qələbə Gününü qeyd edirlər, lakin bu qələbəni əldə etmək üçün amerikalılar hamıdan çox iş görüblər”, - Tramp bildirib.
Bundan əlavə, Donald Tramp noyabrın 11-ni Birinci Dünya Müharibəsində Qələbə Günü elan edib. Trampın sözlərinə görə, onlar hər iki müharibədə qalib gəliblər, lakin bu barədə təşəbbüs göstərən liderləri olmadığı üçün heç vaxt qeyd etməyiblər.
Qeyd edək ki, əksər Avropa ölkələri İkinci Dünya Müharibəsində Qələbə Gününü mayın 8-də qeyd edirlər. Postsovet məkanında isə bu qələbə mayın 9-da qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top