Bakı sərnişin-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda yeni yolun qoyuluşuna başlanıb

Noyabrın əvvəlində əsaslı təmirinə start verilən Bakı sərnişin-Pirşağı-Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun Nərimanov-Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissəsinin torpaq yatağının işlənməsi baş çatıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, bu gün yolun qoyuluşuna start verilib. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır. Bu gün 750 metr uzunluğunda yolun qoyuluşu planlaşdırılır. Artıq 500 metr yol qoyulub. Bu layihə həyata keçirildikdən sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başa rahat və təhlükəsiz şəraitdə çatacaq.

APA

DİGƏR XƏBƏRLƏR

Top