Həm “Yunayted”, həm də “Tottenhem” qalib gəldi – Avroliqada yarımfinal


Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları baş tutub.
Yeniavaz.com
xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubu səfərdə İspaniyanın “Atletik Bilbao” klubu ilə qarşılaşıb və rəqibini darmadağın edib – 0:3.
Digər ingiltərə təmsilçisi “Tottenhem” isə doğma meydanında Norveçin “Bodo-Qlimt” klubunu qəbul edib. Görüş London təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, cavab görüşləri mayın 8-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top