
“Goal.com” 2025-ci ildə “Qızıl top”a iddiaçıların yenilənmiş reytinqini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, reytinqin yeni versiyasında mükafata əsas iddiaçı PSJ-nin fransalı hücumçusu Usman Dembele olub.
Onun ardınca İspaniyanın “Barselona” klubunun futbolçularından ibarət üçlük gəlir - Lamin Yamal, Rafinya və Pedri.
İlk beşliyi İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah tamamlayır.
Qeyd edək ki, 2024-cü ilin noyabrında “Mançester Siti”nin və İspaniyanın yarımmüdafiəçisi Rodri mümkün 1485 xaldan 1170 xal toplayaraq, “Qızıl top”u qazanıb. “Real Madrid”dən Vinisius ikinci, eyni klubdan Cud Bellinqem isə üçüncü olub.
Xatırladaq ki, “Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Bu, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. İlk “Qızıl top” mükafatlandırma mərasimi 1956-cı ildə keçirilib.