ABŞ-İran danışıqları təxirə salındı


ABŞ və İran nümayəndə heyətləri arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı mayın 3-nə planlaşdırılan məsləhətləşmələr logistik səbəblərə görə təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Oman xarici işlər naziri Bədr əl-Busaidi sosial şəbəkə hesabında məlumat yayıb. 
“Logistik səbəblərə görə İranda mayın 3-ü şənbə günü keçirilməsi planlaşdırılan görüşü təxirə salırıq. Yeni tarixlər qarşılıqlı razılıqdan sonra elan olunacaq”, - nazir deyib. 
Daha əvvəl “Axios”un müxbiri Barak Ravid görüşün mümkün təxirə salınması barədə məlumat verib. 
Xatırladaq ki, aprelin 26-da Omanın vasitəçiliyi ilə Maskatda İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün Vaşinqton və Tehran arasında dolayı danışıqların üçüncü raundu keçirilib. Məsləhətləşmələrin birinci raundu aprelin 12-də Maskatda, ikincisi isə aprelin 19-da Romada baş tutub. Mayın 3-də keçiriləcək danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçinin, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffun başçılıq edəcəyi gözlənilirdi.
 

DİGƏR XƏBƏRLƏR

Top