Türkiyə “İstanbul” kanalının tikintisindən imtina etməyib


Türkiyə hakimiyyəti Bosfor boğazından yan keçən “İstanbul” gəmiçilik kanalının tikintisi layihəsindən imtina etməyib.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdülkadir Uraloğlu deyib.
O, bildirib ki, maliyyə mənbəyi müəyyən edildikdən sonra onun həyata keçirilməsinə başlanılacaq.
“Biz layihənin həyata keçirilməsinə sadiqik və maliyyə mənbəyi müəyyən edildikdən sonra bunu mütləq edəcəyik. Hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr aparırıq”, - nazir jurnalistlərə bildirib.
Uraloğlunun sözlərinə görə, kanalın tikintisi 15-20 milyard dollara başa gələcək.
Qeyd edək ki, İstanbuldan 100 kilometr qərbdə 50 kilometrlik kanalın tikintisi layihəsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2011-ci il seçkilərindən əvvəl elan edib. Ondan gündə təxminən 160 gəminin keçəcəyi və Bosfor boğazındakı sıxlığı aradan qaldıracağı gözlənilir. Kanaldan əldə edilən illik gəlirin əsasən gəmilərin tranzit haqları hesabına 8 milyard dollar dəyərində olacağı proqnozlaşdırılır. Onun tikintisinə 2018-ci ildə başlanması planlaşdırılırdı.

DİGƏR XƏBƏRLƏR

Top