
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Sərəncama dəyişiklik edilmsi barədə Fərman imzalayıb.
Fərmanla Milli Məclis sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi və Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2425 manat müəyyən edilib.
Fərmana əsasən, həmçinin dövlət qulluqçuları üçün müəyyən edilən vəzifə maaşları mövcud vəzifə maaşlarından az olduğu hallarda, dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına həmin orqanlarda və həmin vəzifələrdə işlədikləri dövr ərzində, əvvəlki və sonrakı vəzifə maaşlarının və qanunvericiliklə vəzifə maaşlarına faizlə müəyyən edilən əlavələrin fərqi vəzifə maaşlarının növbəti artımınadək ödənilməsi nəzərdə tutulub.