
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə istismara verildiyi 2006-cı ilin iyun ayından 2025-cü ilin birinci rübünün sonunadək təqribən 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5 932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin hesabatında yer alıb.
Qeyd edək ki, bu ilin birinci rübü ərzində BTC vasitəsi ilə ixrac olunan təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənib və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilən digər həcmləri) də nəql olunur.
Murad Məmmədov