
Dünyanın ən yaşlı insanı İna Kanabarro Lukas 116 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yüzilliklər haqqında məlumatların yoxlanılması ilə məşğul olan “LongeviQuest” təşkilatı məlumat yayıb.
“LongeviQuest” dünyanın ən yaşlı insanı İna Kanabarro Lukasın Braziliyanın Rio-Qrande-du-Sul əyalətinin Porto Aleqri şəhərində vəfatını kədərlə bildirir. O, aprelin 30-da 116 yaş 326 günündə vəfat etdi”, - nəşr yazıb.
Təşkilatın məlumatına görə, dünyanın ən yaşlı insanı titulu Böyük Britaniyadan olan 115 yaşlı (115 yaş 252 gün) Etel Keyteremə keçib.
Qeyd edək ki, Lukas 1908-ci il iyunun 8-də San Françesko d'Assizi şəhərində anadan olub.