Prezidentin Mətbuat xidmətinin sektor müdiri işdən çıxarıldı – KİV


Azərbaycan Prezidentinin Mətbuat Katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasovun vəzifəsindən azad olunduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.
Bildirilib ki, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.
Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat xidmətinin çəkiliş qrupunda çalışırdı.
Onun həmçinin, MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top