
Sərxoş və hüquqsuz halda mikroavtobus idarə edən şəxsin qanunazidd əməllərinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Bakı-Quba yolunun Abşeron rayonu ərazisində yerləşən stasionar postda “Mercedes Sprinter” markalı avtomobillə “Saxla” işarəsi verilsə də, sürücü – Beyləqan rayon sakini Kənan Mirzəli tabesizlik göstərərək hərəkətini davam etdirib.
“Məsuliyyətdən yayınmaq məqsədilə qarşıdakı postlarda da təhlükəli manevrlər edərək polisin qanuni tələblərinə məhəl qoymayan Kənan Mirzəli görülən tədbirlər nəticəsində saxlanılıb.
Araşdırması zamanı avtomobili hüquqsuz və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğunda Kənan Mirzəli məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edili”, - məlumatda deyilir.