ABŞ-də iqtisadiyyat Tramp dövründə ilk dəfə azaldı


ABŞ-nin iqtisadi göstəriciləri Donald Trampın ikinci müddətinin ilk 100 günündə azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, iqtisadi azalma ölkənin tənəzzülə uğrayacağı və qlobal iqtisadi artımın yavaşlayacağı ilə bağlı təşvişlərə səbəb olub.
Tramp azalmanı sələfi Co Baydenlə əlaqələndirsə də, ekspertlər bunun istehlakçılar və şirkətlərin prezidentin elan etdiyi tariflərə hazırlaşdıqları üçün idxalda görünməmiş artımla əlaqəli olduğunu bildiriblər.
Belə ki, ÜDM 2024-cü ilin son rübündə 2,4% artımla müqayisədə ilin birinci rübündə 0,3% azalıb. Bu azalma 2022-ci ilin əvvəlindən bəri ilk azalma olub.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini elan edib. O deyib ki, Birləşmiş Ştatlar yaxın və uzaq xalqlar, dostlar və düşmənlər tərəfindən talan edilib. Nəticədə, Vaşinqton müxtəlif ölkələr üçün 10-50% arasında dəyişən rüsumlar tətbiq edib. Bu fonda ABŞ fond bazarı çöküb və açılış zəngi ilə bazar kapitallaşmasında təxminən 2,7 trilyon dollar itirib.
Sonuncu dəfə belə kəskin eniş 16 mart 2020-ci ildə, koronavirus pandemiyasının başlanğıcında qeydə alınıb.
“Bloomberg”in məlumatına görə, dünyanın ən varlı adamları ABŞ-nin tariflər tətbiq etməsindən sonra 208 milyard dollar itirib.

DİGƏR XƏBƏRLƏR

Top