Bu ilin ilk 3 ayında İrana 50 min azərbaycanlı gedib – Cəmi min nəfəri turist olub


Bu ilin ilk 3 ayı ərzində İrana 50 min 205 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 min 763 nəfər və ya 24% artıb.
Qeyd edək ki, İrana səfər edən azərbaycanlıların yalnız 2% və ya 1 015 nəfəri bu ölkəyə turist kimi gedib. 49 min 190 nəfər Azərbaycan vətəndaşı bu ilin 3 ayı ərzində İrana digər məqsədlərlə gedib.
Onu da bildirək ki, digər məqsədlə səfər edənlərə mövsümi, qısa və ya uzun müddətə işləməyə gedənlər, ictimai nəqliyyat vasitələrinin heyəti, ixrac yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslər, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında, beynəlxalq təşkilatların nümayəndəliklərində işləyənlər və onlarla birlikdə yaşayan ailə üzvləri, təhsil müəssisələrində təhsil alanlar və s. şəxslər daxildir. Həmçinin bu qrupa məqsədindən asılı olmayaraq xarici ölkələrə 90 gündən artıq müddətə səfər edən şəxslər də aiddir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top