
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyasının (CBF) nümayəndəsinin müşayiəti ilə Londonda keçirilən görüşdə müqavilə imzalamaqdan və beşqat çempiona rəhbərlik etməkdən imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, italiyalı məşqçi hazırda adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubundan əhəmiyyətli təklifi nəzərdən keçirir.
“Marca” xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu Ançelottiyə 50 milyon avroluq müqavilə təklif edir.
Mətbuatda yayılan xəbərlərə görə, Karlo Ançelottiyə rekord təklif edən klub Ər-Riyadlı “Əl-Hilal” klubudur.
Nəşrin bildirdiyinə görə, Ançelotti Klublararası Dünya Çempionatında kataloniyalılara rəhbərlik edəcək və yalnız bu turnirdən sonra “Real”ı tərk edərək başqa komandaya rəhbərlik edəcək.
Karlo Ançelottinin “Real Madrid”dən təzminat olaraq 4 milyon avro istədiyi, lakin klubun bu təklifi rədd etdiyi və italiyalı mütəxəssisin Kral Klubu ilə bir illik müqavilədən imtina edəcəyinə inandığı da bildirilir.