Bu marşrutlar müsabiqəyə çıxarılır


Azərbaycanda 18 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, Bakı-Gədəbəy, Bakı-Lənkəran, Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Cəlilabad, Bakı-Qəbələ, Bakı-Sabirabad, Bakı-Ağdaş, Bakı-Siyəzən, Sumqayıt-Kürdəmir, Gəncə-Zaqatala, Bərdə-İsmayıllı, Şəki-Oğuz, Mingəçevir-Ağcabədi, Mingəçevir-Şəki, Mingəçevir-Göyçay, Qazax-Şəki, Balakən-Zaqatala şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gədəbəy, Bakı-Lənkəran, Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Cəlilabad istiqamətlərində 6 Lot üzrə iyunun 13-də, Bakı-Qəbələ, Bakı-Sabirabad, Bakı-Ağdaş, Bakı-Siyəzən, Sumqayıt-Kürdəmir və Gəncə-Zaqatala istiqamətlərində 6 Lot üzrə iyunun 17-də, Bərdə-İsmayıllı, Şəki-Oğuz, Mingəçevir-Ağcabədi, Mingəçevir-Şəki və Mingəçevir-Göyçay istiqamətlərində 5 Lot üzrə iyunun 20-də, Qazax-Şəki və Balakən-Zaqatala istiqamətlərində 5 Lot üzrə iyunun 24-də baxılacaq.
Şəhərlərarası (rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top