Rudiger 6 oyunluq cəza aldı


“Real Madrid”in müdafiəçisi Antonio Rudiger İspaniya kubokunun finalında “Barselona” ilə oyunda qeyri-idman hərəkətinə görə 6 oyunluq cəzalanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ikinci hissəyə əlavə olunmuş vaxtda hakim Erik Qarsiyanın Kilian Mbappeyə ötürməsi səbəbindən “Real”ın hücumunu dayandırıb. Bundan sonra ehtiyat oyunçular skamyasının yanındakı texniki sahədə olan Rudiger hakimə tərəf buz atıb. Bundan sonra almaniyalıya qırmızı vərəqə göstərilib.
Protokola əsasən, “Real Madrid”in daha iki futbolçusu qırmızı vərəqə alıb: ingilis yarımmüdafiəçi Cud Bellingem və ispan müdafiəçi Lukas Vaskes. Lakin RFEF ingilislə bağlı qərarı edib. İspan futbolçu isə iki oyunluq diskvalifikasiya alıb.
Qeyd edək ki, İspaniya kubokunun finalında “Real Madrid” “Barselona”ya uduzub. Qarşılaşma əlavə vaxtdan sonra 3:2 hesabı ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top