İsraildə güclü meşə yanğınları başlayıb – Video


İsraildə geniş miqyaslı meşə yanğınları başlayıb.
Yeniavaz.com
İsrail mətbuatına istinadən xəbər verir ki, yanğın Qüdslə Təl-Əvivi birləşdirən 1 nömrəli magistral yol boyunca yayılıb və burada qatı tüstüyə qərq olmuş avtomobillərdən 9 nəfər çıxarılıb.
Hadisə nəticəsində üç minik avtomobili və bir yük maşını yanıb, bir neçə zərərçəkənə yerindəcə tibbi yardım göstərilib.
Ölkənin müdafiə naziri İsrael Katz yanğınların söndürülməsinə kömək etməsi üçün orduya göstəriş verib. Eyni zamanda, İsrail beynəlxalq yardım üçün təcili sorğular göndərib - Yunanıstan, Kipr, Xorvatiya, Bolqarıstan və İtaliyadan yanğınsöndürmə təyyarələri göndərməyi xahiş edib. Yaxın bir neçə saat ərzində bu ölkələrdən avadanlıq və mütəxəssislərin gəlməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top