Türkiyə hava məkanını Bakıya gələn Netanyahunun təyyarəsinə açıb


Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək.
Yeniavaz.com
“AIA Global News”a istinadən xəbər verir ki, ölkənin baş naziri “Kanaf Zion” (“Sion qanadı”) adlı hökumət təyyarəsi ilə Azərbaycana uçacaq.
“Bu o deməkdir ki, Türkiyə təyyarənin öz hava məkanından keçməsinə icazə verib”, - nəşr bildirib.
Xatırladaq ki, Türkiyə 2024-cü ilin noyabrında İsrail Prezidenti İsxak Hersoqun təyyarəsinin hava məkanına daxil olmasına icazə verməmişdi. Həmin vaxt o, COP29 sammitində iştirak etmək üçün Bakıya gəlməyi planlaşıdırırdı.

DİGƏR XƏBƏRLƏR

Top