Ötən ay Türkiyədən Ermənistana ixrac 30 dəfə artıb


Bu ilin mart ayı ərzində Türkiyə Ermənistana 1 milyon 491 min dollar dəyərində məhsul ixrac edib.
Yeniavaz.com
Türkiyə Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən Ermənistana ixrac 30 dəfə artıb. Belə ki, ötən ilin mart ayında Türkiyə Ermənistana cəmi 50 min dollar dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, mart ayında Ermənistanın Türkiyəyə ixracı isə 161 min dollar olub və ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% və ya 6 min dollar artıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top