Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedəcək


Məlum olduğu kimi, “Xural” internet televiziyasının həbsdən yeni buraxılmış rəhbəri Əvəz Zeynallının səhhətində ciddi problemlər var.
Yeniavaz.com
xəbər verir ki, jurnalistin həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkə hesabında bildirib ki, hazırda onlar həkim-mütəxəssislərlə məsləhətləşmələr aparır.
“Bəzi detallar müəyyənləşən kimi müalicə üçün ölkəmizdən kənara - böyük ehtimalla Türkiyəyə yollanacağıq”, - Məlahət Zeynallı bildirib.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Daha sonra jurnalistə xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun xəstəliyə görə cəza çəkməkdən azad edilməsi barədə qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top