
“Komo”nun baş məşqçisi Sesk Fabreqas karyerasını başqa komandada davam etdirə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.
Mənbənin məlumatına görə, ispan mütəxəssislə İtaliyanın “Roma” klubu maraqlanır. “Roma”nın məşqçilər siyahısında həmçinin Françesko Farioli (“Ayaks”), Patrik Vieyra (“Cenoa”) və Stefano Pioli (“Əl Nəsr”) var.
Qeyd edək ki, 37 yaşlı ispaniyalı məşqçilik karyerasına 2023-cü ildə başlayıb. Mütəxəssis “Komo” klubunun 19 yaşadək gənclərdən ibarət komandasına rəhbərlik edib. Sesk daha sonra baş məşqçi və köməkçi vəzifəsini icra edib. 2024-cü ildə Fabreqas rəsmən İtaliya klubunun başına keçib.
Sesk Fabreqasın komandası İtaliya çempionatında 34 oyundan 42 xal toplayaraq 11-ci pillədə qərarlaşıb. “Komo” növbəti matçında İtaliya A Seriyasında evdə “Parma” ilə qarşılaşacaq.