Gələn ay Qəzzadakı girovlar azad edilə bilər – KİV


“Qəzza zolağında vəziyyətin nizamlanması üzrə dolayı danışıqlarda fələstinli qruplar tərəfindən anklavda saxlanılan israilli girovların gələn ay azad edilməsinə dair razılıq əldə olunub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə HƏMAS hərəkatına yaxın olan “Maan” agentliyi məlumat yayıb.
Bildirilib ki, may ayında ABŞ vətəndaşlığı olan girov İden Aleksandr da daxil olmaqla, israilli girovların azad edilməsi ilə bağlı prinsipial razılaşma var.
Mənbə həmçinin Misir vasitəçiləri, HƏMAS və İsrail nümayəndələri arasında bu məsələ ilə bağlı məsləhətləşmələrin yaxın günlərdə davam edəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top