
İsrailin Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində 50-dən çox fələstinli ölüb, 150-dən çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrail hərbçilərinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ən azı 57 nəfər ölüb, daha 153 nəfər yaralanıb”, - məlumatda qeyd edilib.
Məlumatda həmçinin, daha əvvəl dağıntılar altından çıxarılan 14 nəfərin cəsədinin bölgədəki xəstəxanalara çatdırıldığı bildirilib.
Səhiyyə Nazirliyi İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən bu yana keçirdiyi əməliyyatlar nəticəsində həlak olanların sayının 52 314, yaralananların sayının 117 792 nəfərə yüksəldiyini bəyan ediib.
2025-ci ilin martında bölgədə hərbi əməliyyatların bərpasından sonra ölənlərin sayı 5751, yaralananların sayı 2222 nəfərə çatıb.