Macarıstan da BMC-dən çıxdı


Macarıstanın birpalatalı parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması haqqında qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, qanunvericilik orqanının internet saytında yayımlanan səsvermə zamanı deputatların üçdə ikisindən çoxu müvafiq sənədin lehinə çıxış edib.
Sənədi parlamentdə təqdim edən Macarıstanın xarici işlər naziri Peter Siyarto son illər BCM-in ciddi şəkildə siyasiləşdirildiyini və beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün müxtəlif dövlətlər tərəfindən istifadə olunduğunu bildirib.
“Macarıstan hesab edir ki, siyasət və geosiyasətə beynəlxalq təşkilatlarda yer yoxdur”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Macarıstan hökuməti ölkənin BCM-dən çıxmaq qərarını aprelin əvvəlində İsrailin Baş naziri Benyamin Netanyahunun Budapeştə səfəri ərəfəsində elan edib. Belə ki, keçən ilin noyabrında BCM Netanyahunun Fələstində hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verib. Macarıstanın Baş naziri Viktor Orban qərarı “absurd” adlandırıb.
Xatırladaq ki, Macarıstan BCM-də iştirakdan imtina edən ilk Aİ üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top