“Gürcüstanın sülh prosesini dəstəkləmək səylərini yüksək qiymətləndiririk” – Xaçaturyan


“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni razılaşdırılıb və imzalanmağa hazırdır”.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə İrəvanda birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla hərtərəfli sülh quracağına ümid edir.
“Ermənistan Gürcüstanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləmək səylərini yüksək qiymətləndirir”, - Xaçaturyan bildirib.
O, həmçinin İrəvanın Tbilisinin xüsusilə də iqtisadi sahədə üçtərəfli əməkdaşlıq platformalarının yaradılması təşəbbüslərini alqışladığını qeyd edib.
Qeyd edək ki, bu, Gürcüstan Prezidentinin Ermənistana ilk rəsmi səfəridir. Bundan əvvəl aprelin 14-15-də o, Bakıda olub.

DİGƏR XƏBƏRLƏR

Top