Bu il azərbaycanlılar Türkiyədə 34 şirkət qurublar

Bu ilin ilk 3 ayı ərzində Türkiyədə Azərbaycan sərmayəsi ilə 34 şirkət yaradılıb.
Yeniavaz.com
xəbər verir ki, yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 34 milyon 850 min lirə (907,5 min dollar) təşkil edib. Bu məbləğin 31 milyon 300 min lirəsi (815 min dollar) isə Azərbaycan sərmayəsinə aiddir.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədə Azərbaycan sərmayəsi ilə yaradılan şirkətlərin sayı azalıb. Belə ki, ötən ilin ilk 3 ayında Azərbaycan sərmayəsi ilə Türkiyədə 50 şirkət qurulmuşdu.
Məlumat üçün bildirək ki, bu il Türkiyədə Azərbaycan sərmayəsi ilə qurulan şirkətlərin 4-ü səhmdar cəmiyyət (anonim şirkət), 30-u isə Məhdud Məsuliyyətli Cəmiyyət (limited şirkət) olub.
Onu da qeyd edək ki, Azərbaycan bu ilin yanvar-mart aylarında Türkiyədə ən çox şirkət quran 4-cü ölkə olub. Bu ilin ilk 3 ayında İran sərmayəsi ilə Türkiyədə 64, Almaniya sərmayəsi ilə 48, Çin sərmayəsi ilə isə 37 şirkət qeydiyyata alınıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top