
“Real Madrid” komandanın belçikalı qapıçısı Tibo Kurtua ilə müqaviləni 2028-ci ilə qədər uzatmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Relevo” internet nəşri məlumat yayıb.
Məlumata görə, “Real Madrid” qapıçı mövqeyində Kurtuanın klub üçün ən yaxşı variant olduğuna əmindir.
Qeyd edək ki, Tibonun 32 yaşı var və 2018-ci ildən madrid klubunda çıxış edir. Bu mövsüm təcrübəli qapıçı bütün turnirlərdə 43 oyun keçirib və 48 qol buraxıb.
Belçikalı 14 dəfə qapısını toxunulmaz saxlaya bilib. Kurtuanın kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Xatırladaq ki, nüfuzlu “Transfermarkt” internet portalı belçikalı qolkiperin bazar dəyərini 25 milyon avro qiymətləndirir.