Elektrik kəsilməsi İspaniyaya 1 milyard avroya başa gələ bilər


Genişmiqyaslı elektrik kəsilməsi səbəbindən İspaniya iqtisadiyyatına dəyən ziyan 1 milyard avroya çata bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli “The Objective” qəzeti ekspertlərə istinadla məlumat yayıb.
Onlar hesab edirlər ki, bir çox müəssisə qapılarını bağlamaq məcburiyyətində qaldığından, fasilə İspaniyanın ÜDM-inə böyük təsir göstərəcək.
Sorğuda iştirak etmiş analitiklərin hesablamalarına görə, krallığın ÜDM-i gündə 4 milyard avrodan çoxdur ki, bunun da təxminən 14%-i sənaye sektorunun (təxminən 575 milyon avro), digər 12%-i isə xidmət sektorunun (təxminən 500 milyon avro) payına düşür.
Ümumilikdə, İspaniya iqtisadiyyatı üçün itkilər 1 milyard avroya qədər ola bilər.
Qeyd edək ki, bundan əvvəl İspaniyanın elektrik şəbəkəsi operatoru “Red Electrica” istehlakın 99,16%-nin bərpa olunduğunu bildirmişdi.
Xatırladaq ki, aprelin 28-də İspaniya və Portuqaliyada böyük elektrik kəsilməsi baş verib və milyonlarla insan işıqsız qalıb.
“Euronews” telekanalının məlumatına görə, elektrik şəbəkəsində problemlər Andorra və Fransanın İspaniya ilə həmsərhəd bölgələrində də qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top