“Titanik”in skripkası satıldı


İngiltərədə “Titanik” filminin çəkilişləri zamanı istifadə edilən skripka “Henry Aldridge and Son” hərrac evində 54 min funt sterlinqə (təxminən 72 min dollar) satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Məlumata görə, musiqiçi və aktyor Conatan Evans-Cons bu skripkadan gəmi batarkən sərnişinləri sakitləşdirmək üçün orkestrin “Nearer My God to Thee” mahnısını ifa etdiyi səhnədə istifadə edib. O, filmdə orkestrin rəhbəri Uolles Hartli rolunu ifa edib.
Qeyd edək ki, Uolles Hartli, musiqiçi yoldaşları və 1500-dən çox Titanik sərnişini laynerin 1912-ci ildə Şimali Atlantikada aysberqə çırpılması nəticəsində həlak olub.
2013-cü ildə Evans-Cons skripkanı auksionda satıb və o vaxtdan o, şəxsi kolleksiyaçının mülkiyyətinə çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top