
“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”.
Yeniavaz.com xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bakıda Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
“Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq”, - Pezeşkian bildirib.