
“İranın Şəhid Rəcai limanında partlayış ehtiyatsızlıqdan baş verib”.
Yeniavaz.com “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni deyib.
“Səhlənkarlıq olub. Limanda lazımi ehtiyat tədbirləri görülməyib”, - nazir deyib.
Nazir qeyd edib ki, hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb və araşdırmalar davam edir:
“Hadisədə əli olmaqda şübhəli bilinən bəzi şəxslər artıq məhkəməyə çağırılıb”.
Xatırladaq ki, mayın 26-da İranın Bəndər-Abbas şəhərində Şəhid Rəcai Limanında güclü partlayış baş verib. Həmin günün axşamı limanda növbəti partlayışlar qeydə alınıb. İlkin məlumata görə, hadisə kimyəvi məhsullar anbarında baş verib. Bununla belə, partlayışa nəyin səbəb olduğu hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma davam edir.
Digər tərəfdən, Hörmüzqanda üç günlük, ölkə miqyasında isə bir günlük matəm elan edilib.