Pezeşkianın rəsmi qarşılanma mərasimi oldu

 
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də rəsmi qarşılanma mərasimi olub.
Yeniavaz.com
xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.
İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla məhdud tərkibdə görüşü başlayıb.




DİGƏR XƏBƏRLƏR

Top